İdman

Haalandın müqaviləsindəki 200 milyon avroluq bənd

5 İyul 2022 19:27
0 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin futbolçusu Erlinq Halandın klubla müqaviləsinin bəzi detalları məlum olub.

Bu barədə "Marca" məlumat yayıb. Norveçli forvard və ingilis klubu arasında müqavilədə iki məbləğdə təzminat nəzərdə tutulub. 200 milyon avroluq bənd 2024-cü ilin iyulunda aktivləşəcək, 21 yaşlı hücumçunu almaq istəyən  klublar "şəhərlilər"ə 200 milyon avro ödəməli olacaq. Haaland 2025-ci ilin iyulunda transfer olunsa, bu məbləğ 175 milyon avroya bərabər olacaq.

"Real" Haalandı heyətinə qatmaq üçün israrlıdır. Klub artıq onun müqaviləsindəki təzminat bəndlərindən də xəbərdardır. Buna baxmayaraq, La Liqa təmsilçisi transfer fikrindən əl çəkmir.

Qeyd edək ki, Haaland iyunun 13-də "Borussiya"dan (Dortmund) "Mançester Ssiti"yə keçib. Onunla 5 illik müqavilə imzalanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.