Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi gedir.
Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.
Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə təkan verib.
"Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən ilə nisbətdə çox da dəyişməyib. Buna baxmayaraq vətəndaşlarımızın bəziləri hotellərdə bahalıqdan gileylənir. Bəzi vətəndaşlar hesab edir ki, xaricdə istirahət etmək ölkədə istirahət etməkdən ucuz başa gəlir. Təəssüf ki, belə hallara rast gəlirik. Ancaq nəzərə almaq lazımdır ki, vətəndaşlarımız bölgələrdə istirahətə yollanarkən daha çox beşulduzlu hotellərə üstünlük verirlər. Belə hotellərin də hər şəraiti olmaqla yanaşı öz satış siyasətləri var. Ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bura qonaq evləri, kempinqlərin yaradılması, kiçik hotellərin tikilməsi kimi işlər daxildir. Bunların sayı artsa, qiymət seçimi geniş olacaq. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə səbəb olub",- S.Dübəndi qeyd edib.
S.Dübəndi deyib ki, ölkəmizdə yay turizmi gec başlanır.
"Yay turizminin tez başlanması üçün nəqliyyat məsələləri tənzimlənməli, xarici turistlərə vizaların verilməsi və yerləmə vasitələri ilə bağlı işlər tənzimlənməlidir. Əsas səbəblərdən biri də abituriyentlərdir. Belə ki, abituriyentlərin çoxunun ailəsi ali məktəblərə imtahan verən övladlarının nəticələrini gözləyir. Beləliklə yay istirahətinə tez başlamaq olmur",- deyə o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)





