Ölkə

Cəbrayıldakı qəzada ölən şəxs bu şirkətin əməkdaşı imiş

10 İyun 2022 13:15
0 Şərh     Baxış: 1 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün axşam saatlarında Cəbrayıl rayonunda ağır yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, saat 18 radələrində rayonun Qumlaq kəndində baş vermiş qəzada vəfat edən 1983-cü il təvəllüdlü, Ağdaş rayon sakini Əliyev Zamiq Oqtay oğlu "Turkuaz Construction" şirkətinin əməkdaşı olub. Onun idarə etdiyi "Niva" markalı minik avtomobili də həmin şirkətə məxsus olub.

Xatırladaq ki, Zamiq Əliyevin idarə etdiyi "Niva" və R.İsayevin idarə etdiyi "Great Wall Wingle" markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.