Ölkə

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

30 May 2022 14:07
0 Şərh     Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi mayın 28-də və 29-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən xəbərə görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü "isti izlər"lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.