Ölkə

İki rayona yeni rəis TƏYİN EDİLDİ

19 May 2022 18:03
1 Şərh     Baxış: 13 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın iki rayonunun Dövlət Yol Polisi Bölməsinə yeni təyinatlar olub.

Milli.Az Lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, polis kapitanı Samir Quliyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, Mirxəyal Hüseynov isə Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifələrinə təyinat alıblar.

Qeyd edək ki bir neçə gün əvvəl Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Bağırov tutduğu vəzifədən azad edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.