İcbari tibbi sığorta ilə müayinədən keçmək istəyənlərin NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir çox hallarda vətəndaşlar dövlət tibb müəssisələrinə icbari tibbi sığorta ilə müraciət edərkən müəyyən anlaşmazlıqlarla rastlaşır. Müraciət etdiyi tibbi xidmətin icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmadığı qeyd edilir.
Bəs vətəndaşlar icbari tibbi sığorta ilə müayinələrdən keçmək üçün hansı dövlət tibb müəssisələrinə müraciət etməlidir?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.
Qeyd edilib ki, bəzi tibb müəssisələri ixtisaslaşdırılmış tibbi xidmətlər üzrə fəaliyyət göstərirlər. Məsələn, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Hematologiya və Transfuziologiya İnstitutu, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana və s.
"Bundan əlavə, vətəndaşlar qeydiyyatda olduğu Poliklinika/Ailə Sağlamlıq Mərkəzində çalışan öz ailə həkiminə müraciət etməklə müvafiq tibbi xidmət üzrə fəaliyyət göstərən tibb müəssisəsi haqqında məlumatı əldə edə bilərlər.
Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş vərəqəsi ilə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlər vətəndaşın öz vəsaiti hesabına həyata keçirilir", - deyə məlumatda bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)





