Ölkə

Ağsu, Oğuz və Salyana yeni prokurorlar təyin olunub

20 Aprel 2022 19:08
Baxış: 2 276
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağsu, Oğuz və Salyana yeni prokurorlar təyin olunub.

Bu barədə Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Sumqayıt şəhər prokurorun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad olunaraq Ağsu rayon Prokuroru vəzifəsinə təyin olunub.

Bundan başqa Ağsu rayon Prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq Salyan rayon Prokuroru təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon Prokuroru təyin edilib.

Təyinatları Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.