Ölkə

Astara sakini meşədə asılmış vəziyyətdə tapıldı

10 Aprel 2022 10:30
0 Şərh     Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Astara sakini meşədə asılmış vəziyyətdə tapılıb.

Milli.Az xəbər verir ki, rayonun Maşğan kənd sakini, 1965-ci il təvəllüdlü Qasımov Natiq Mirzəhəsən oğlunun meyiti yaxınlıqdakı meşə massivində tapılıb. Hadisədən kənd sakinlərindən biri xəbər tutaraq, onun ailəsinə məlumat verib.

Məlumata görə, N.Qasımovun ruhi-əsəb xəstəliyi olub. Yaxınlarının dediyinə görə, o, bir müddət əvvəl müalicə olunsa da, müalicəsini yarımçıq saxlayıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.