Ölkə

Son sutkada 10 minə yaxın şəxsə vaksin vurulub

7 Aprel 2022 16:35
0 Şərh     Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9497 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 232 234 təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.