Ölkə

Ukraynada azərbaycanlı tələbəni çeçenlər girov saxlayır? - VİDEO

28 Mart 2022 13:30
3 Şərh     Baxış: 4 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayevə yaxınları ilə danışmağa imkan yaradılıb.

Milli.Az xəbər verir ki, bunu "ARB Xəbər"ə açıqlamasında tələbənin atası Amin Abdullayev bildirib.

Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan 20 yaşlı Hüseyn Abdullayevin çeçen və ya dağıstanlı silahlıların əlində olduğu ehtimal edilir.

"Əvvəl eşitdik ki, ruslar övladımı tutublar. Bundan sonra onunla əlaqəmiz kəsildi. Sonra ayın 19-u mən onun telefonuna zəng edərkən rus hərbçilər telefonu götürüb övladımın onların əlində olduğunu təsdiqlədilər", - deyə Hüseynin atası Amin Abdullayev əlavə edib.

Qeyd edək ki, azərbaycanlı tələbəni girov götürənlər onun rus əsgəri ilə dəyişdirilməsini istəyirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.