Ölkə

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb

24 Mart 2022 17:22
0 Şərh     Baxış: 678
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb.

Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.