Ölkə

Bakıda bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb

18 Mart 2022 20:42
0 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nəsimi rayonunda himayəsində olan azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Pərviz Bədəlov tutularaq Nəsimi Rayon Polis İdarəsinə (RPİ) gətirilib.

Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib.

Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib.

Pərviz Bədəlov barəsində Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.