Ölkə

Ukraynadan daha 9 nəfər Azərbaycana təxliyə olundu

18 Mart 2022 17:27
0 Şərh     Baxış: 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadan azərbaycanlıların təxliyəsi davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin təşkilatçılığı ilə 9 azərbaycanlı Ukraynanın Xerson vilayətindən Moskvaya gətirilib.

İkisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşı olan həmyerlilərimiz bu gün yerli vaxtla Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Ukraynadan təxliyə olunan həmyerlilərimizə görüşüb.

Səfir bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə iki mindən çox həmyerlimizin təxliyəsi həyata keçirilib: "Biz də qərara gəldik ki, sizi Moskva vasitəsi ilə Azərbaycana təxliyə edək".

Ukraynadan təxliyə olunan həmyerlilərimiz Fərid Ələsgərov açıqlamasında müharibənin ilk 15 günü Ukrayna ərazisində olduğunu söyləyib. O, çalışdıqları gəminin təmiri üçün Xerson şəhərində gözlədiklərini söyləyib: "Daha daha sonra müharibə başladı. Dövlətimizə, prezidentimizə və birinci xanıma bizə sahib çıxdıqlarına görə təşəkkürümü bildiririk"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.