Ölkə

Məmur oğlunun 238 min manatını apardılar

17 Mart 2022 14:24
0 Şərh     Baxış: 3 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda iş adamı külli miqdarda dələduzluğa məruz qalıb. 

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 33 yaşlı biznesmen İkram Əhmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bildirib.

O qeyd edib ki, tanışı, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Əhmədov Tamerlan Şahin oğlu tərəfindən aldadılıb. İ.Əhmədov iddia edib ki, Tamerlan Əhmədov ondan 238 500 manat alaraq mənimsəyib.

Şikayətçi olan İkram Əhmədovun biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Müraciətlə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ. Əhmədov "Azərenerji"nin "Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə"sinin direktoru Xəndam Əhmədovun oğludur. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.