Ölkə

Müəllimlərin işə qəbulu qaydasında dəyişiklik edilib

16 Fevral 2022 11:26
1 Şərh     Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı rəy və sorğular əsasında bu il təkmilləşdirmələr aparılıb. Yaxın günlərdə dəyişikliklər qüvvəyə minib".

Milli.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, test imtahanı mərhələsində sualların cavablandırılması üçün verilən 90 dəqiqə 120 dəqiqəyə qədər artırılıb "Bu namizədlər üçün əlverişli şəraitin yaradılmasına səbəb olacaq. Ənənəvi şəkildə yenə 60 sual təqdim olunacaq. Cavablandırılma zamanı qiymətləndirmə fərqli olacaq. Əvvəlki kimi 60 yox 100 bal toplamalı olacaqlar. İxtisas suallarına görə hər bir fənn üzrə düzgün cavab 2 bal, metodika üzrə 1 bal tətbiq ediləcək. Səhv 4 tapşırığa görə 1 düz cavab silinəcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.