Ölkə

Azərbaycanda həkimlər arasında qalmaqal: “Atası yaşındasan, qızı niyə otağa salmışdın?” - VİDEO

14 Fevral 2022 14:08
4 Şərh     Baxış: 5 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yerləşən xəstəxanaların birində həkimlər arasında xoşagəlməz hal yaşanıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri - Ağca Abbasova və Fizuli Əliyev xəstələrin yanında bir-birilərinin ünvanına xoşagəlməz ifadələr işlədiblər. 

Mübahisə zamanı xanım həmkarına əxlaqsız və tərbiyəsiz deyib. 

Fizuli Əliyev hadisəni lentə alıb və xəstələrin yanında həkimin onu təhqir etməsinə etirazını bildirib. 

Bu zaman Ağca Abbasova F.Əliyevin xəstəyə tibbi yardım göstərərkən onu öldürdüyünü bildirib:

"Reanimasiyadakı xəstəyə drenajı qoydun, enfizema oldu, öldü". 

İttihamlar arasında Aytac adlı xanımın həkimin otağında olması da səsləndirilib. 

"Xalqın qızıyla oturdun burada günlərlə. Sən o qızın atası yaşındasan. Niyə o qızı otağına salıb saatlarla danışırdın?", - deyə A.Abbasova bildirib.

Həmkarı isə ittihamlara cavabında bildirib ki, şöbə müdiri həmin xanıma intim münasibətdə olması barədə təklif edib. Və bu barədə onda video da var. 

İnstitutdan Oxu.az-a bildirilib ki, artıq yayılan videogörüntü ilə bağlı araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.