Ölkə

Qaxda 57 yaşlı kişi itkin düşüb - FOTO

3 Fevral 2022 20:30
0 Şərh     Baxış: 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax rayon sakini itkin düşüb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 155 sm, arıq bədən quruluşlu, saçlarının rəngi sarımtıl, gözləri qəhvəyidir. Evdən çıxarkən üzərində qara rəngli şalvar, gödəkçə və ayaqqabı olub.

Həmin şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi"nə, həmçinin Qax Rayon Polis Şöbəsinin (024)255-23-52 şəhər və (077) 304-54-44 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.