"Müxtəlif şəxslər vətəndaşlardan pul alır" - Polis "parkovşik"lərə qarşı reydlərə başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Paytaxt ərazisində yolun hərəkət hissəsini, eləcədə parklanma üçün nəzərdə tutulan ərazilərdən qanunsuz istifadə edən və bu məqsədlərə şəxsi marağını güdən vətəndaşların haqlı narazılıqlarına səbəb olan halların aradan qaldırılması məqsədilə polis tərədəfindən bu cür hallara qarşı mübarizə aparmaq üçün bütün rayon polis orqanlarının əməkdaşları ilə birgə tədbirlər keçiriləcək.
Bunu Milli.Az-a açıqlamasında Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, araşdırma və aparılan müşahidələr zamanı həqiqətən də bir çox ərazilərin qanunsuz olaraq parkinq kimi istifadə olunması və müxtəlif şəxslər tərəfindən bunun müqabilində vətəndaşlardan pul alınması faktları təsdiqini tapır.
"Həmin şəxslər müxtəlif formalar geyinir və bəzi adlardan istifadə etməklə imtiyazlı olduqlarını ifadə edirlər.
Təbii ki, yol hərəkəti qaydaları, eləcədə qanunla qorunan digər hüquq və öhdəliklər müzakirə edilmədən yerinə yetirilməli, bununla da qanunun aliliyi təmin edilməlidir", - deyə V. Əsədov bildirib.
Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis İdarələrinin və Dövlət Yol Polisi İdarəsinin bütün şəxsi heyəti nəzarət mexanizminin gücləndirilməsi məqsədilə əlavə tədbirlər planı çərçivəsində gücləndirilmiş qaydada prosesə start verib.
"Qeyri-qanuni parkinq ərazilərində qanunsuz pul yığımının qarşısının alınması istiqamətində müvafiq işlər görüləcək. Odur ki, bu işləri həyata keçirən şəxslərdən tələb edirik ki, qanunun aliliyini nəzərə alaraq bu fəaliyyətdən çəkinsin! Əks halda polis müvafiq tədbirlər görəcək.
Qeyd edək ki, qanunsuz parkinqlə məşğul olan şəxslərə qarşı müvafiq qaydada tədbirlərin həyata keçirilməsi üçün sərt addımlar atılacaq. Polis əməkdaşları sabahdan etibarən tədbirlərə başlayacaq. Odur ki, qeyri-qanuni parkinq yeri yaradaraq hüquqi və ya fiziki şəxslər, eləcə də bəzi adlardan istifadə edənlər məsuliyyətə cəlb olunacaq. Polislə hər hansısa formada mübahisə yaradan və müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa cəhd edən şəxslərə bir daha bu əməllərdən çəkinməyə çağırırq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər





