Ölkə

Qaxda cüyür ovlayan şəxs saxlanılıb - FOTO

21 Yanvar 2022 14:48
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn "Niva" markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilmiş bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də "İJ" markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.