Ölkə

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb

19 Yanvar 2022 10:06
0 Şərh     Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda şirkət əməkdaşı qəza törədib, 3 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi və "Səba" ASC-yə məxsus "Hyundai" markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109" markalı avtomobili ilə toqquşub. Nəticədə E.Eyvazov, onun sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.