Ölkə

2023-cü ildən qaz sayğacları avtomatik sıfırlanacaq

7 Yanvar 2022 10:52
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İB-nin yeni sifariş etdiyi sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq".

Bu barədə "Qafqazinfo"ya qurumun mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev məlumat verib. O qeyd edib ki, 2022-ci ildən başlayaraq "Gəncəcihazqayırma" zavoduna 10 min ədəd mexaniki tipli yeni sayğaclardan sifariş edilib:

"Yeni mexaniki sayğacların üstünə qurğu quraşdırılacaq. Bu sayğaclarda sərfiyyat mərkəzləşdirilmiş qaydada yoxlanılacaq. Sayğaclarda limit sıfırlanmaları növbəti ildən etibarən avtomatik şəkildə mümkün olacaq. Hazır olduqda həmin sayğacların effektivliyinə baxacağıq. Cihazlar "Azəriqaz İB"nin hesabına abonentlər üçün qoyulacaq. Sistem özünü doğrultsa, bundan sonra həmin sayğaclardan qoyulacaq. Yanvarın sonundan bu sistemi tətbiq etməyə başlayacağıq".

Xatırladaq ki, "Azəriqaz İB" bu il qaz sayğaclarındakı limit sıfırlanması prosesinin yanvarın 10-a kimi davam edəcəyini bildirib. Bu isə vətəndaşlar arasında narazılığa səbəb olub. Onlar həmin müddətə qədər hesablanan sərfiyyatın dekabr ayına aid ediləcəyini, bununla da ziyan görəcəklərini deyirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.