Ölkə

Bayramlar münasibətilə şəhid ailələri ziyarət olundu - VİDEO - FOTO

1 Yanvar 2022 13:52
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müdafiə nazirinin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə baş çəkilib.

Milli.Az Nazirliyə istinadən xəbər verir ki, bayramlar münasibətilə onlara sovqatlar təqdim olunub və Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri çatdırılıb.

Keçirilən görüşlərdə Dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu qeyd olunub, Müdafiə Nazirliyinin nümayəndələri şəhid ailələrinin qayğı və istəkləri ilə maraqlanıblar.

Şəhid ailələri Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.