Ölkə

Nazir müşavirini yeni vəzifəyə təyin etdi

28 Dekabr 2021 13:06
Baxış: 1 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil nazirinin müşaviri yeni vəzifəyə təyin olunub.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, nazirin müşaviri Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Agentlikdən bildirilib ki, yeni sədr Ü.Səttarova bu gündən işinin icrasına başlayıb.

Nazirin digər əmri ilə Agentliyin keçmiş sədri Eldar Orucov isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.