Ölkə

Daha 3 qazi müalicə üçün Türkiyəyə göndərilib - FOTO

27 Dekabr 2021 14:46
0 Şərh     Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha 3 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan Milli.Az-a verilən məlumata görə, ağır yaralanan daha 3 qazimiz - Xəlilov Saleh Aydınəli oğlu, Əliyev Qüdrət Məhəmməd oğlu və Babayev Orxan Səfər oğlu müalicə üçün Türkiyəyə yola salınıb.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 157 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 116-sının müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.