Ölkə

Göyçay sakini qonşusunu güllələyib

27 Dekabr 2021 19:12
0 Şərh     Baxış: 840
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçayda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə rayonun Çarxanlı kəndində baş verib. Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan "TOZ-53" markalı ov tüfəngi götürülüb.

R.Qasımov xəstəxanaya yerləşdirilib.

Araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.