Şuşa şəhəri yaxınlığında iki nəfər minaya düşüb.
DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, hadisə dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində baş verib.
Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.
Bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
"Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir", - məlumatda deyilir.
Milli.Az