Ölkə

Sərnişini çaya dəvət edən taksi sürücüsü: “Xanıma birlikdə istirahət etməyi təklif etmişəm” - VIDEO

4 Dekabr 2021 09:54
0 Şərh     Baxış: 1 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, dünən Bakıda taksi sürücüsü maşına əyləşən qadına çay içmək təklifi edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin sürücü müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Sürücü əməlindən peşman olduğunu deyib.

"İdarə etdiyim "Mercedes" markalı avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərirəm. Bu gün Günəşli qəsəbəsində avtomobilimə müştəri kimi oturan xanıma birlikdə istirahət etməyi təklif etmişəm. Əməlimə görə peşmanam", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.