Ölkə

Ötən gün 9 nəfər cərimə olunub, 21 nəfər şənliyə buraxılmayıb

1 Dekabr 2021 12:42
0 Şərh     Baxış: 503
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Noyabrın 30-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 230 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, monitorinq 222 şadlıq sarayında, 8 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 9 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 21 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.