Rusiyanın lüks "Aurus" avtomobilinin təqdimati keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın lüks avtomobil seqmentində ilk istehsal etdiyi və prezident Vladimir Putinin kortejində olan "Aurus-Senat"ın Moskvada təqdimat mərasimi keçirilib.
Milli.Az APA -ya istinadən bildirir ki, "Moskva city"də "Aurus"şourumunda təşkil olunan təqdimat mərasimində yerli istehsal olan lüks "Aurus Senat" sedan tipli avtomobilin satış qiyməti açıqlanıb.
Təqdimat mərasimində "Aurus" avtomobillərini istehsal edən konsernin baş direktoru Adil Şirinov, Rusiyanın sənaye və ticarət naziri Denis Manturov, yerli və xarici KİV-lər iştirak ediblər.
"Aurus" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Adil Şirinov hal-hazırda "Aurus Senat" avtomobilinin baza variantının qiymətinin 18 milyon rubl (273 min ABŞ dolları) olduğunu açıqlayıb. O, "Aurus Senat"a beynəlxalq marağın böyük olduğunu söyləyib: "Əsasən ərəb ölkələri böyük maraq göstərirlər. İlk hədəflədiyimiz bazarlar Avropa, Yaxın Şərq və Şimali Afrika bazarlarıdır. Artıq Birləşmiş Ərəb Əmirlikləri "Aurus"un səhm paketinin 36 faizinə sahibdir".
A. Şirinov "Aurus Senat"ın rəqiblərini bütün göstəricilərinə görə üstələdiyini vurğulayıb. Lüks seqmentində olan bu avtomobili "Mercedes S class" avtomobili ilə müqayisə edirlər. Əslində "Aurus Senat" S Classdan bir sinif yuxarı olan seqmentə daxildir. Daha çox "Rolls-Royce" və "Bentley" avtomobilləri ilə müqayisə oluna bilər. Əminliklə deyə bilərəm ki, "Aurus Senat" rəqibləri ilə rəqabətə girəcək. "Aurus"un model sırasına "Senat" sedan, limuzin, miniven, yolsuzluq və kabriolet tipli avtomobillər daxildir".
Rusiyanın səneyə və ticarət naziri Denis Manturov isə çıxışında artıq imkanı olan şəxslərin "Aurus Senat" avtomobilinə sahib ola biləcəklərini söyləyib: "500-dən çox sifariş qəbul etmişik. İlkin sifarişlərdən asılı olaraq 2021-ci ildən kütləvi istehsala başlamaq niyyətindəyik. İlk növbədə sedan və yolsuzluq tipli avtomobilləri istehsal etməyi planlaşdırırq. Bu avtomobilin bir sıra modofikasiyaları mövcuddur. Bütün modofikasiyalar öz rəqiblərini texniki göstəricilərinə görə qabaqlayır. Bu seqmentdə 8 silindirli 700 at gücünə, 12 silindirli 1000 at gücünə malik avtomobil mövcud deyil".
Rusiyalı nazir ölkəsinin hökumət üzvlərinin gələn ildən "Aurus Senat" avtomobilinə sahib olacaqlarını da söyləyib: "Aurus Senat" limuzininin sifarişçilər arasında xarici dövlət başçıları da var. 2024-2025-ci illərdə "Aurus"un hibrid və elekromobil modellərini istehsal etməyi planlaşdırırq".
Qeyd edək ki, "Aurus Senat" avtomobili tam Rusiya istehsalıdır. Tatarıstan respublikasındakı zavodda istehsal olunan avtomobil ilk dəfə Rusiya prezidentinin xidməti avtomobil korteji üçün hazırlanıb. Rusiyalı mühəndislər tərəfindən hazırlanan bu avtomobil ilk dəfə 2018-ci ilin 9 may paradında nümayiş olunub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Volkswagen” 22 min elektromobili geri çağırır
-
Bu sürücülər 150 manat cərimələnəcək - (Video)
-
Niva yeniləndi: Mühərrikin gücü artırıldı - (Fotolar)
-
Dubay polisi küçələrə 920 at gücündə “canavar” çıxardı
-
Avtomobil bazarında yeni tələblər bazarda qiyməti artıracaq? - (Video)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
XƏBƏR LENTİ
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Bu avtobuslar “20 Yanvar” və “Şamaxinka”dakı dayanacaq məntəqəsindən çıxarılır
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı
-
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
-
Bazarda meyvə-tərəvəz ucuzlaşdı
-
Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Sabah bu ərazilərdə yağış və şimşək gözlənilir - Proqnoz verildi
-
Külək 8 balı keçərsə, bu işlər qadağan olunacaq
-
Binəqədidə 6 yeni svetofor quraşdırıldı
-
Türkiyədə yağışın dayanması üçün qurban kəsdilər - (Video)
-
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
İsrail Prezidenti Bakıya kommersiya reysi ilə səfər edib: Türkiyədə yaranmış ajiotajın heç bir əsası yoxdur





