Bakıda motosiklet sürməyi harda və necə öyrənmək olar? - MÜSAHİBƏ - FOTOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Motosiklet sürməyə həvəs çoxlarında uşaqlıq dövründən yaranır. Cəsarəti olanlarda bu istək gerçəkləşir, bəzilərində isə elə arzu olaraq qalır.
Digər nəqliyyat vasitələrindən fərqli olaraq ikitəkərliləri, xüsusən də motosikletləri sürmək üçün əvvəlcədən təlim keçmək vacibdir. Çünki motosiklet sürən şəxslərin xəsarət alma ehtimalı digərlərinə nisbətən daha çoxdur. Avtomobili bir dəfəyə rahat şəkildə sürməyi öyrənmək olsa da, motosiklet üçün bir neçə dəfə məşq etmək vacibdir.
İnternetdə motosiklet sürmək qaydaları və kurslarla bağlı Azərbaycan dilində informasiya olduqca azdır. Yerləşdirilən məlumatlar isə ingilis, rus və başqa dillərdədir. Bu səbəbdən də Milli.Az olaraq "Bakıda motosikleti harda, necə sürməyi öyrənmək olar?" mövzusunda informasiya toplamaq qərarına gəldik.

Bakıda müxtəlif yerlərdə motosiklet sürmə təlimləri keçirilir. Təlimlər əsasən boş ərazilərdə, piyadaların və digər avtomobillərin mane olmadığı sahələrdə təşkil olunur. Bu təlim yerlərindən biri də indiki Bakıxanovda yerləşən "Moto Baku" təlim mərkəzidir.
Milli.Az Bakının məşhur motosiklet təlimçiləri Mərd Mustafa və Mirfariz Seyidlə müsahibəni təqdim edir:

- Motosikletə həvəs nə vaxt yaranıb və motosiklet idarə etmək istədiyinizi söyləyən zaman valideynlərinizin və tanışlarınızın reaksiyası necə olub?
- Uşaqlıqdan motosikletə həvəsim olub. Motosiklet sözünü işlədəndə hamı "lazım deyil, təhlükəlidir",- deyirdi. Onların sözünə əhəmiyyət vermədən gizli şəkildə motosiklet sürməyə başladım. Valideynlərim biləndə mənim üçün narahat olsalar da, sonradan yaxşı sürə bildiyimi görəndə və təlim keçdiyimi biləndə rahatlaşdılar. Məndən sonra bir neçə dost-tanış da motosiklet sürmək həvəsinə gəldi.

- Motosikletin digər nəqliyyat vasitələrindən üstünlükləri və mənfi cəhətləri nələrdir?
- İndiki dövrdə insanlar ən çox vaxtdan şikayətlənirlər. Onlar günün çox hissəsini tıxacda keçirirlər. Motosiklet vaxta və yanacağa qənaət baxımından çox sərfəlidir. Motosikletlərin benzin sərfiyyatı digər nəqliyyat vasitələrinə nisbətən olduqca azdır. Mənfi cəhəti isə, müəyyən qədər təhlükəli olmasıdır. Düzgün təlim almayan motosikletçi gəzən "bombadır". Lakin təlim alan biri üçün bu risk də aradan qalxır.

- Neçə ildir təlim keçirsiz?
- 8 ildir təlim keçirik. Məktəb isə 5 ildən çoxdur ki, fəaliyyət göstərir.
- Dərslər hansı qaydada keçirilir?
- Dərslər ABŞ-dakı "California supersport bike school"un alt kateqoriyasına uyğun şəkildə keçirilir. Günlük 1 saatlıq proqramda sürüş təcrübəsi olub motosikleti olmayanlar sərbəst gəlib bizim ərazidə, nəzarətimiz altında və xüsusi qoruyucu geyimləri geyinib motosiklet idarə edə bilərlər. 5, 8 və 12 dərslik proqramımızda isə motosiklet sürmək barədə anlayışı olmayanlar gəlib, qısa zamanda peşəkar şəkildə motosiklet sürməyi öyrənə bilərlər. Dərslərin sayı artdıqca kursun qiyməti də düşür. Kursun müsbət cəhəti günün istənilən vaxtı fəaliyyət göstərməsindədir. Belə ki, oxuyan və işləyən insanları nəzərə alaraq həftənin bütün günləri, gün ərzində istənilən saatda dərslər təşkil edirik. Həmçinin, dərslər bitdikdən sonra tələbələrimizin motosiklet almasına köməklik edib, onlara lazım olan ləvazimatların satışı ilə də məşğul oluruq.

- Təlim vaxtı təhlükəsizlik tədbirlərinə əməl olunur?
- Təlim vaxtı bütün təhlükəsizlik tədbirləri görülür. Təlimə gələn şəxslər dəbilqə və başqa motosikletçi geyimləri ilə təmin edilir. Ərazi təlim üçün bağlanır, sürücülüyü öyrənən şəxs üçün mane qalmır. Bizim məktəbin bir şüarı var, biz tələbələrimizə yalnız motosiklet sürməyi yox, motosiklet üzərində "sağ qalmağı" öyrədirik.
- Kursa yazılanlar, əsasən, hansı yaşdadır?
- Kursa yazılanlar əsasən 17-30 yaş arası bəylər və xanımlardır. Hətta yaşı 50-dən yuxarı olan tələbələrimiz də olub.

- Motosikleti sərbəst şəkildə yollarda sürmək üçün neçə dərs kifayət edir?
- Motosikleti sərbəst şəkildə yollarımizda sürmək istəyən hər bir tələbə mütləq ən azı 8 dərs təlim keçməlidir.
- Kurs vaxtı hər hansı qorxulu hadisə baş verib?
- Kurs vaxtı indiyədək hər hansı qorxulu hadisə baş verməyib. Dediyimiz kimi, biz tam təhlükəsiz şəraitdə təlim keçirik. Siz də bunun şahidi oldunuz.

- Motosiklet sürənlərə tövsiyələriniz...
- Motosiklet sürən kəslərə tövsiyəmiz odur ki, sürətə meyilli olmasınlar. Hər an, hər saniyə diqqətli olmaq lazımdır. Motosiklet sürə bilməyən şəxslərin təlim keçmədən motosiklet idarə etməsi həm onların, həm də digər insanların həyatı üçün təhlükəlidir.

"Neftçilər" metro stansiyasından təxminən 1 km məsafədə yerləşən Sabunçu rayon avtomobil məktəbinin həyətində təşkil olunan təlimlər "Yamaha" yapon istehsalı olan "125cc" mühərrikli motosikletin üzərində keçirilir.
Motosiklet sürmək üçün bacarıqdan əlavə həvəs və inam da lazımdır. Əgər bu ikisi varsa və velosipedi rahat şəkildə idarə edə bilirsinizsə, motosiklet sürmək üçün 4-5 dərs təlim keçmək kifayətdir.
Uğurlu yollar!
Bəxtiyar Umarlı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tesla Çində 3 milyona yaxın avtomobili geri çağırır
-
İsti, yoxsa soyuq? - Hava yanacaq sərfiyyatına təsir edir
-
Bu “Ferrari” 40 milyon dollara alıcı tapdı
-
Avtomobil bazarında qiymətlər niyə düşüb? - Səbəb heç də göründüyü kimi deyil
-
Tarixin ən bahalı yeni avtomobili satıldı - (Foto)
-
Milyonlarla dolları avtomobilə xərcləyən idmançılar – Qarajlarında sərvət yatır
XƏBƏR LENTİ
-
Azad edilmiş ərazilərdə 661 mina və PHS zərərsizləşdirilib
-
"Tvente" Bakıya 150 azarkeşlə gələcək
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
-
Kremldən Ermənistana KTMT ilə bağlı açıq mesaj
-
Ekspres avtobuslarda yeni qayda
-
Dələduzların yeni üsulu: “MilliÖn” adı ilə saxta ödəniş səhifələri yaradıldı
-
Uitkoff və Kuşnerin Ukraynaya səfəri buna görə təxirə salınıb
-
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər - Rəsmi
-
Pakistanın Baş Qərargah rəisi Tehrana səfər edib
-
Rüfət Səfərovla bağlı məhkəmədən qərar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib - (Video)
-
Ərinin ölümünü intihar kimi göstərmək istədi - Sabunçudakı qətlin üstü açıldı
-
Bakıya “yağış yağan” avtobuslar gətirilib
-
Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır
-
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub
-
Göyçayda 40 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü
-
40 dərəcəyədək isti olacaq - Proqnoz
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
-
Lökbatanda ATS işçisi hasardan yıxılaraq öldü
-
Universitetlərə qəbul nəticələri nə vaxt açıqlanacaq? - Rəsmi
-
Cəlilabadda ziyarətgah ərazisindən sümük qalıqları çıxarıldı
-
İmişlidə 25 yaşlı oğlan toyda qəfil öldü
-
Ermənistana 242 ton propan göndərildi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - (Video)





