Avto

Zirehli, Quran ayəli Mercedes S600 - FOTO

18 Dekabr 2014 21:51
1 Şərh     Baxış: 3 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın TopCar tüninq emalatxanası özünün növbəti layihəsi - Yaxın Şərqdən olan bir müştərisinin sifarişi ilə hazırladığı unikal Mercedes-Benz S600 Guard limuzininin bir neçə şəklini nümayiş etdirib. Avtomobilin xarici görkəmini olduğu kimi saxlayaraq dizaynerlər salonda necə lazımdır işləyiblər. Onlar salonu təkcə daş-qaşla dolu mücrüyə çevirməklə kifayətlənməyərək onu müqəddəs kəlmələrlə də bəzəyiblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, S-Class modelinin başdan-başa yaşıl üzlənmiş tavanına dizaynerlər Qurani-Kərimin müqəddəs ayələrini qızılla həkk edərək dekorativ nöqteyi-nəzərdən də füsunkar bir gözəlliyə imza atıblar. Kürsülərin yaşıl zümrüd rəngli sırınma dərisi və zamş örtüyü salonun divarları ilə ideal şəkildə birləşir. Ağac taxmalar isə ustaların vətənpərvərlik hisslərinin təcəssümü olaraq Kareliya tozağacından hazırlanıb.

Qalan məsələlərə gəldikdə isə qarşımızda VR9 dərəcə qorunan güllə keçirməyən S600 Guard modelidir. Avtomobil 530 at güclü V12 və 7 pilləli 7G-Tronic avtomat ötürücü qutu ilə təchiz edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.