Avto

Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz - Ucuz və effektiv

15 İyul 2025 06:06
Baxış: 538
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avtomobilin boya örtüyü yayda günəş, toz və istiliyin təsirindən ciddi zərər görə bilər.

Milli.Az-ın verdiyi məlumata görə, rusiyalı avtomobil eksperti Yuliya Truşkova boya örtüyünü qorumaq üçün sadə, lakin effektiv bir neçə qayda tövsiyə edir.

Onları təqdim edirik:

1. Birbaşa günəş altında avtomobili yumayın - bu, ləkə və mikroçatlara səbəb olur. Avtomobili sərin havada və kölgədə yumaq məsləhətdir.

2. Zərərli çirkləri dərhal təmizləyin - quş peyini, həşərat izləri və s. boyanı zədələyir. Su və mikrofiber bezlə dərhal silin.

3. Kuzovu mütəmadi yuyun - hətta görünməsə də, toz və qum lakı cızır. 7-10 gündə bir yumaq tövsiyə olunur.

4. Qoruyucu vasitələrdən istifadə edin - maye mum, sprey deteyler və ya mövsümi keramika qoruması UV şüalarından müdafiə edir.

5. Ağıllı parklama edin - daim günəş altında qalmaq boyanın solmasına səbəb olur. Mümkün qədər kölgədə saxlayın, təkəraltı tentlər və örtüklərdən istifadə edin.

6. Çat və boya qopmalarını vaxtında aradan qaldırın - yayda bu xırda zədələr böyüyə bilər. Boya qələmi və qoruyucu üzlük kömək edə bilər.

7. Quru bezlə silməyin - hətta mikrofiber belə tozlu səthdə boyanı cızır. /Oxu.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.