"Türkiyə Prezidenti və Xarici Işlər naziri faktiki olaraq Ermənistan-Türkiyə  arasında həyata keçirilən gizli danışıqlara eyham vurdular, bizim hakimiyyət isə bu faktı aylarla təkzib etdi. Ərdoğan işğal olunmuş Kövsakanda(Zəngilan-S.L.) bildirdi ki, İrəvanla Ankara arasında münasibətlərin qurulmasının ilkin şərti hərtərəfli Ermənistan-Azərbaycan razılaşmasıdır.  Çavuşoğlu isə əlavə etdi ki, Türkiyə İrəvanla Bakı arasında "sülhə hazırlıq" prosesini koordinasiya etməyə hazırlaşır".
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bunu  "Armnews" telekanalının şərhçisi David Sarkisyan "Ermənistanın səsi" nəşrindəki məqaləsində yazıb.
 
"Türkiyə dönməz şəkildə Rusiyanın  Cənubi Qafqazdakı təsir zonasına və ya Qərbdə deyildiyi kimi, məsuliyyət zonasına  soxulub... Bu gün obyektiv reallıq ondan ibarətdir ki, Ermənistanla sərhəddə hərbi qüvvələrini və Qarabağda sülhməramlı qüvvələrini yerləşdirən Rusiyadan başqa istənilən digər ölkə, o cümlədən ATƏT-in Minsk Qrupunun digər iki həmsədri (ABŞ və Fransa) Ermənistan-Azərbaycan sərhədində və ya Qarabağda qoşun yerləşdirməyə tamamilə hazır deyil. Əks halda təxminən 6 ay əvvəl Nikol Paşinyan tərəfindən  səslənən gəlib sərhədimizdə dayanmaq çağırışına,  bir dənə də olsun, cavab verilərdi"- D.Sarkisyan daha sonra deyir.
 
"...Ənənəvi olaraq bu bölgədə Türkiyənin iştahını cilovlayan və düşmənçilik törədəcəyi təqdirdə onu hədələyən dövlət Rusiya Federasiyası idi. Rusiya kontingenti Ermənistanı tərk edərsə, burada türk qoşunları yerləşdiriləcək, başqa variant görünmür. Yalnız onu başa düşmək qalır ki, nədən 44 günlük müharibədə Rusiyanın vasitəçilik missiyaları mütəmadi olaraq uğursuzluğa düçar oldu və döyüşlər yalnız Azərbaycana əlverişli coğrafi şəraitdə dayandırıldı?" -deyə erməni şərhçi sonda sual edir.
Milli.Az
    Ermənistan
    
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
        
    
    
    
    
    
    
    
    
    
    
        
    
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
                
        
            
        
            
        
        
            
        
    
    
    
        
    
    
    
                
        
    
    
    
        
    
    
"Rusiya ordusu Ermənistanı tərk edərsə, burada Türk qoşunları yerləşdiriləcək..."
1 Noyabr 2021 11:36
    
                    1 Şərh    
                Baxış: 1 531    
    
            
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- 
                
                    
                    "Buna görə gecə hoteldə qalmışam"
                
             - 
                
                    
                    Heyvanlardan yoluxur, qızdırmayla başlayır - Ölümcül xəstəlik yayıldı
                
             - 
                
                    
                    Diş fırçalayarkən edilən 4 SƏHV
                
             - 
                
                    
                    Ev heyvanı ilə eyni yataqda yatanlara ciddi xəbərdarlıq
                
             - 
                
                    
                    Bu canlı öz ömrünü uzada bilir - 250 ildir yaşayır
                
             - 
                
                    
                    Namiq Qaraçuxurlu xanımı ilə paylaşım etməsindən danışdı
                
             - 
                
                    
                    Almaniyada hər üçüncü şirkət ixtisara hazırlaşır
                
             - 
                
                    
                    Ronaldonun “Messi, yoxsa sən?” sualına cavabı gündəm oldu
                
             - 
                
                    
                    Pezeşkiandan məktəblilərə jest
                
             - 
                
                    
                    “Ukraynaya sponsorluq cinayətdir” - Zaxarova
                
             - 
                
                    
                    Şəbnəm Mətanətin cavabını verdi - "Dəyəri olmayan..."
                
             - 
                
                    
                    “50 manatdan aşağı bilet yoxdur” - VİDEO
                
             - 
                
                    
                    Dəhşətli qəzada ölən İsbinin əmisi oğlu da ölü tapıldı
                
             - 
                
                    
                    Günün qoroskopu: Tələsməyin
                
             - 
                
                    
                    "Çelsi" "Qarabağ"a qarşı oyuna ciddi itkilərlə çıxacaq
                
             - 
                
                    
                    “Dirək var, amma işıq yanmır” - Mətanət gileylidir
                
             - 
                
                    
                    Özəl sektorda fiziki şəxslərdən gəlir vergisində yeni güzəştlərin tətbiqinə mərhələli keçid
                
             - 
                
                    
                    Özünü model kimi təqdim edən Tünzalə külli miqdarda pul mənimsədi
                
             - 
                
                    
                    Trampa inam reytinqi ən aşağı həddə
                
             - 
                
                    
                    Gecələr tez-tez ayılırsınıza - Bu qidalardan yeyin
                
             - 
                
                    
                    Romada tarixi qüllə çökdü - 4 yaralı var - FOTO
                
             - 
                
                    
                    “Qizil Pəri”nin nominantlari müəyyənləşdi
                
             - 
                
                    
                    II Qareginin qardaşı oğlu həbs edildi
                
             - 
                
                    
                    Təranə Muradovanın Azerbaijan Dance Festival çərçivəsində keçirilən “Night of the Dancing Diamonds” gecəsində möhtəşəm çıxışı - VİDEO - FOTO
                
             
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




