Ermənistan

Ermənistan ordusu sürətlə "mavi"ləşir

23 Avqust 2021 15:38
1 Şərh     Baxış: 2 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı xəbərə görə, üç hərbçinin ölümü ilə əlaqədar döyüş postunun komandiri saxlanılıb.

Milli.Az erməni mediasına istinadən xəbər verir ki, avqustun 19-da Azərbaycanla sərhəddə yerləşən hərbi hissələrdən birindəki döyüş postunda əsgərlər Qor Artakoviç Saakyan, Leon Rafaeloviç Harutyunyan və Murad Aşotoviç Muradyan güllə yarası ilə aşkar olunub. Elə həmin gün üç nəfəri qətl etməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkarı A.X.-ya qarşı artıq ittiham irəli sürülüb və o həbs edilib.

Araşdırma zamanı döyüş postunun komandirinin hadisədə əli olduğu müəyyən edilib. O, hərbçiləri qətlə təhrik etməkdə, habelə başqa hərbçiyə qarşı zorakı cinsi hərəkətlərdə şübhəli bilinərək saxlanılıb.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.