Ermənistan

“Suriya Ermənistanla müqayisədə sanatoriyanı xatırladacaq”- erməni politoloq

30 May 2021 01:50
Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sirr deyil ki, İran və ABŞ, İran və Britaniya, Türkiyə, İran və Rusiya bir-birləri ilə hansı münasibətlərə sahibdirlər. Ölüm gətirən (Paşinyanı nəzərdə tutur - red.) bunların hamısını Azərbaycanla demarkasiya və delimitasiyanın xaç ataları kimi Ermənistana dəvət edir ki, ərazimizdə bir-birləri ilə haqq-hesabları müəyyənləşdirsinlər".

Milli. Az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danileyan yazıb.

"Bunlar hamısı Ermənistana gəlsələr, Suriya bizimlə müqayisədə sanatoriyanı xatırladacaq. Bunlar hamısı isə artıq bənzər istəklərinin olduğunu bildiriblər. Təsadüfi bir şəxsin necə böyük regional müharibəni təhrik edə biləcəyi budur.

Bu, həm də kiçik ölkədə müxtəlif xarici istiqamətlərə sahib olan qruplaşmaların cəzasız fəaliyyətinin nəticəsidir", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.