Ermənistan

"Əsgərlərimizin əsir götürülməsinin günahı Paşinyandadır” - Erməni politoloq

27 May 2021 18:00
Baxış: 1 304
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Son 2 həftədəki hadisələrdən xəbərdar olan hər kəsə aydın olur ki, 6 əsgərimizin gecə əsir götürülməsinin səbəblərindən biri Nikol Paşinyanın atəş açmamaq əmridir".

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, bu fikirləri erməni polotoloq Edqar Elbakyan "panorama.am" saytında yazıb.

"5000-dən çox insanın qanı bahasına hakimiyyəti əlində saxlayan bu vəhşi (Nikol Paşinyan nəzərdə tutulur) seçkiqabağı dövrdə "barış mələyinə" çevrilib, indi də Ermənistanı və ordumuzu bu şəkildə məhv edir. Ermənistanın və Qarabağ torpaqlarının azad edilməsi ölkədə qurulan ""xarici hakimiyyət"in devrilməsindən sonra başlayacaq", deyə o, qeyd edib.

Unudurlar ki, ordusu gorbagor olan Ermənistan bundan sonra Azərbaycanın bir qarış toprağını belə işğal edə bilməz.

Qarabağın hələ də erməni diversantlarının əlində olan rayonlarımızda isə bayrağımızın dalğalanması günü heç də uzaqda deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.