Ermənistan

Paşinyan başını itirib: Moskvanı açıq şəkildə şantaj edir - VİDEO

28 May 2021 06:30
Baxış: 1 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, deyəsən özünə, duyğularına və hərəkətlərinə nəzarəti itirməyə başlayır. Sərhədyanı ərazilərdə məlum hadisədən sonra tərəflərin dərhal danışıqlar masasına oturması onun hakimiyyətini saxlamaq siyasətinin əsas rıçağına çevrilərdi".

Milli.Az xəbər verir ki, bu barədə "Caliber"in hərbi-analitik youtube layihəsinin yeni video materialda deyilir.

"Bildirilir ki, Paşinyan Qarabağdakı məğlubiyyətdən sonra özünə gəlib və "şinelindən" çıxaraq Moskvanı açıq şəkildə şantaj edir. Onun iddiasının mahiyyəti isə KTMT-dir:

Rusiyanın təhlükəsizlik zəmanətlərinə əsaslanan bu çətir təşkilatı Azərbaycan təcavüzü ilə bağlı onun müraciətlərinə kifayət qədər tez cavab vermir. Bundan əlavə, təşkilatın digər üzvləri Bakının hərəkətlərini kəskin şəkildə qınamayıblar. Burada qeyd etmək lazımdır ki, İrəvan da digər iki KTMT üzvü olan Tacikistan və Qırğızıstan sərhədindəki qarşıdurmalara heç bir şəkildə reaksiya verməyib. Ancaq Paşinyana görə, bu epizod əhəmiyyəti baxımından Ermənistana qarşı yaranan təhlükə ilə müqayisə edilə bilməz"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.