Ermənistan

Köçəryan: Ermənistanın ləyaqəti varmı?

25 May 2021 18:06
Baxış: 1 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər sən öz problemlərinin həlli üçün heç nə etmirsənsə, heç kim sənə onları həll etməyə kömək etməyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Robert Köçəryan Paşinyanın yardım üçün KTMT-yə müraciətini şərh edərkən deyib.

"Biz dövlətik, ya yox? Bizim ləyaqətimiz varmı? Sən heç nə etmirsən və hesab edirsən ki, kimsə sənin yerinə məsələni həll etməlidir. Müzakirə olunan absurd janrındandır. Mən əminəm ki, oxşar şey KTMT tarixində baş verməyib. Əgər sən öz problemlərinin həlli üçün heç nə etmirsənsə, heç kim sənə onları həll etməyə kömək etməyəcək. Bu, çox sadə formuldur", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.