Ermənistan

Paşinyan baş prokuroru işdən qovur - Zəngəzur olayı

8 May 2021 17:18
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Sünikdəki (Zəngəzur - red) məlum hadisələrdən sonra baş prokuror Artur Davtyanı istefaya göndərmək niyyətindədir.

Milli.Az azvizion-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, Paşinyan hesab edir ki, Artur Davtyan və İstintaq Komitəsinin sədri Ayk Qriqoryan məhkəmələrin Sünikdəki etirazçıların həbsinə sanksiyalar verməsi üçün mümkün olan hər şeyi etməyiblər.

"Paşinyan Davtyan və Qriqoryanı vəzifələrindən azad edəcək", - deyə nəşr qeyd edib.

Xatırladaq ki, ötən ay Nikol Paşinyan Sünik bölgəsinə səfəri zamanı ciddi etirazlarla qarşılanıb. Bundan sonra o, səfəri yarımçıq qoyaraq bölgəni tərk etməyə məcbur olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.