Ermənistan

Tibb işçiləri peyvənddən imtina edirlər - Ermənistanda

7 May 2021 16:54
Baxış: 1 001
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanda tibb işçiləri koronavirus əleyhinə peyvəndlənməyə məcbur edilir.

Milli.Az virtualorg.az-a xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, onlar peyvənd olunmayacaqları təqdirdə işdən qovulmaqla hədələnirlər. Tibb işçiləri xüsusilə "AstraZeneca" ilə vaksin olunmağa məcbur edilir.

"Bunun səhiyyə nazirinin göstərişi olduğunu söyləyirlər, əks halda işdən çıxarılmaqla hədələnirlər. Məsələ burasındadır ki, bu peyvəndin istifadə müddəti 31 mayda başa çatır və hakimiyyət dövlət vəsaitlərini havaya uçurmaq ittihamlarından yayınmaq üçün əlindən gələni edir. Tibbi personal arasında çaxnaşma var, çünki bu peyvəndin yan təsirləri barədə çox danışılır ", - deyə qəzet qeyd edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.