Ermənistan

Koçaryan virusa yoluxdu

13 Aprel 2021 17:18
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub. Bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Milli. Az yenisabah.az-a istinadən xəbər verir ki, R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər. Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.