Ermənistan

Onlar da Paşinyanın istefasını tələb edirlər

22 Dekabr 2020 16:16
Baxış: 1 095
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Vəkillər Palatası ölkənin Baş naziri Nikol Paşinyanı "dövlətçiliyə təhdid mənbəyi" adlandıraraq istefasını dəstəkləyib.

Milli.Az bildirir ki, Hüquqşünaslar Palatasının sədri Ara Zohrabyan Facebook səhifəsində 22 dekabr çərşənbə axşamı həmkarları ilə birlikdə Palatanın binasından parlamentə və Baş Prokurorluğa yürüş edəcəyini söyləyib.

"Ermənistan parlamentinin sədrinə hərbi vəziyyətin ləğvi və baş nazirə etimad göstərməməsi tələbini çatdıracağıq. Vəkil olan deputatlardan hakim "Mənim addımım" fraksiyasından çıxmağı tələb edəcəyik. Cinayətlə bağlı Baş Prokurorluğa açıqlama verəcəyik", - o deyib.

"Dövlətçiliyimizi itirmək təhdidi bizi etiraz etməyə və bu təhdidin mənbəyindən ən qısa müddətdə qurtulmağa məcbur etdi", - Zohrabyan qeyd edib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.