Ermənistan

İtkin düşən əsgərlərin valideynləri Ermənistan Müdafiə Nazirliyinə də hücum etdilər - VİDEO

16 Dekabr 2020 12:47
Baxış: 1 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtkin düşən əsgərlərin qohumları Ermənistan Müdafiə Nazirliyinin ərazisinə daxil olublar.

Milli.Az bildirir ki, görüntülər Telegram-da yayılıb.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin nəzarət-buraxılış məntəqəsində dava düşüb. İtkin düşən erməni əsgərlərinin yaxınları Müdafiə nazirinin onları qəbul etməsini tələb ediblər. Nəticədə əsgər qohumları qapını qırıb, mühafizəçiləri itələyərək içəri giriblər.

Kişilərdən biri hasarın dar bir hissəsindəki çəpərin üstünə çıxıb, yoxlama məntəqəsində növbətçi zabitlər onu saxlaya bilməyib.

Aslan Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.