Ermənistan

Simonyan özünə toy edir - (Foto)

12 Avqust 2026 11:56
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu yaxınlarda üçüncü dəfə nikaha daxil olan Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toy məclisi keçirmək qərarına gəlib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti məlumat yayıb. 

Sentyabrın 5-də keçiriləcək toy məclisinə Ermənistanın bütün siyasi elitasının dəvət edildiyi bildirilir. Bununla belə, hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Ermənistanın Baş naziri Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyi maraq doğurur. 

46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar. A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var. 

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.