Tramp Ankaradan uçduğu təyyarəni açıqladı: Təyyarəm daha böyük risk altında idi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp iyulun əvvəlində Türkiyədən qayıdarkən prezident təyyarəsindən deyil, başqa hava gəmisindən istifadə etdiyini təsdiqləyib.
Milli.Az xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Prezident bildirib ki, fərqli təyyarədən istifadə etmək qərarı ABŞ Gizli Xidmətinin tövsiyəsi əsasında verilib. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları belə qərar qəbul edib və o da onların göstərişinə əməl edib.
Tramp səfər zamanı ictimaiyyətə açıqlanmayan çoxsaylı təhdidlər aldığını da deyib. O, həmin vaxt real təhlükənin mövcud olduğunu düşündüyünü və istifadə etdiyi təyyarənin hədəfə çevrilmə ehtimalının daha yüksək olduğunu bildirib.
"The Washington Post" qəzetinin 10 avqust tarixli məlumatına görə, Tramp iyulun 7-8-də Ankarada keçirilən NATO sammitindən sonra əvvəlcə prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-32A təyyarəsinə keçirilib.
Məlumata əsasən, ABŞ lideri Türkiyəni həmin təyyarə ilə tərk edib. Bununla yanaşı, həmin vaxt Vaşinqton administrasiyasının Trampın prezident təyyarəsində ölkədən ayrıldığını bildirdiyi qeyd olunur.
Donald Trampın açıqlaması NATO sammitindən sonra onun səfəri zamanı tətbiq edilən təhlükəsizlik tədbirləri ilə bağlı yeni detalları gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəbir daşını kreditlə qoymaq günahdırmı?
-
Kim Çen In bakılı müğənni ilə bir arada - (Foto)
-
Şənbə günü 5 dərəcə şaxta olacaq - Proqnoz
-
Türkiyəli tanınmış aparıcılar saxlanıldı
-
Aliment ödənişləri 23 yaşa qədər uzadılır?
-
Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı - (Yenilənib/Video)
-
İbrahim Borçalının qızının nişanından görüntülər (Video)
-
ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq
-
Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər - Açılış vaxtı bəlli oldu
-
İngiltərə futbolunun tarixinə düşdülər
-
“Azərbaycan Hava Yolları” QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib - (Foto)
-
Mediada bu hallara son qoyulmalıdır - Mətbuat Şurasından bəyanat
-
Məleykə Abbaszadə BDU ilə bağlı ilk qərarını verdi
-
Milli Məclisdə iclas başlayıb - Gündəlikdə 10 məsələ var
-
Bakıda 66 min manat maaşlı iş təklif olunur
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Yevlaxda Dövlət Proqramının icrası müzakirə olunub - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - (Foto)
-
Lamine Yamalın Bakıya gəlməmə səbəbi bəlli oldu (Foto)
-
Azərbaycanda yaşayan Rusiya vətəndaşlarına xəbərdarlıq edildi
-
Daşıdığınız malın sənədi yoxdursa, pulunuzdan olacaqsınız
-
Pensiyaçılara nə qədər əlavə pul veriləcək?
-
Ülvi Həsəninin başına iş gəldi: "Belimdə, boynumda pis ağrılar var" (Video)
-
Doğuş zamanı körpə öldü, həkim sənədləri saxtalaşdırdı - Ali Məhkəmədən qərar





