Şou-biznes

Həyat yoldaşı Xuramana əsəbiləşdi: "Məni boşayacaq"

12 Avqust 2026 07:07
Baxış: 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçin Məmmədovun videosunu paylaşıb.

Milli.Az xəbər verir ki, sənətçi rayona gedərkən avtomobilə cəyirtkə girdiyini bildirib. Xuraman həmin anları videoya çəkərək sosial şəbəkə hesabında yayımlayıb.

"Bu boyda kişi cəyirtkədən qorxur. Ərimin başına iş gəlib. Bu boyda yolda maşını saxlamaq kimin ağlına gələr? Məni biabır edirsən. Məni boşayacaq. Maşını töküb axtarır" deyə, Xuraman bildirib.

Elçin isə həyat yoldaşından görüntüləri paylaşmamasını istəyib:

"Çək, qoy yutuba. Paylaşma, əsəbiləşirəm. Etmə, məni biabır etmə. Xoşum gəlmir. Qorxmuram, narahat edir".

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.