Ermənistan

"Azərbaycanlılarla birgə yaşamaq istəmədik"

21 Mart 2025 13:15
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Ordusunun Qarabağda bir günlük anti-terror əməliyyatından sonra erməni separatçıların bir neçə nümayəndəsi Yevlaxda danışıqlara gəlmişdilər. Onlardan biri David Melkumyan bu gün İrəvanda verdiyi açıqlamada Yevlaxdakı görüşdə Azərbaycan nümayəndələrinin onlara təkliflər verdiyini bildirib. Təkliflərin mahiyyət haqqında məlumat verməyən Melkumyan "Qarabağ erməniləri azərbaycanlılarla birgə yaşamaq istəmədi" cümləsini işlədib. Bu o deməkdir ki, ermənilərə Azərbaycan qanunları əsasında Qarabağda yaşamaq təklifi verilib, ermənilər isə bundan imtina edərək bölgəni tərk etməyə qərar veriblər.

Milli.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

"Əslində Melkumyanın açıqlaması Ermənistan müxalifətinin "ermənilər Qarabağa qayıtmalıdırlar" şüarının mənasız olduğunu bir daha ortaya qoyub. Qarabağ erməniləri açıq deyiblər ki, onlar azərbaycanlılarla birgə yaşamaq istəmirlər", - o vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.