Ermənistan

Ermənistanda seçki: Namizəd oğurlandı

30 Mart 2025 19:27
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda mülki geyimli naməlum şəxslər "Bizim şəhər" seçki blokundan Gümrü Ağsaqqallar Şurasının üzvlüyünə namizəd Anait Xalatyanı qaçırıblar.

Milli.Az Report-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə "Bizim şəhər" blokundan Gümrü merliyinə namizəd, Ermənistan Milli Assambleyasının ("Şərəf duyuram" fraksiyası) deputatı Martun Qriqoryan bildirib.

Bundan əvvəl blok Xalatyanı mülki geyimli naməlum şəxslərin qaçırdığını bəyan edib. Hadisə ilə bağlı seçki bloku hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.

"Bu hərəkətlər bizə qarşı yönəlib. Bəzi seçki məntəqələrində 8 nömrəli (blokun təyin olunduğu) zərflərin olmaması barədə də məlumat alırıq", - Qriqoryan bildirib.

O, seçki komissiyasının üzvlərini buna daha ciddi nəzarət etməyə və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əks olunduğu zərflərin məntəqələrdə olmasını təmin etməyə çağırıb.

Qeyd edək ki, martın 30-da Gümrü və Parakarda Ağsaqqallar Şurasına növbədənkənar seçkilər keçirilir. Gümrüdə keçirilən seçkilərdə altı partiya və üç blok iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.