Ermənistan

Paşinyanın öldürülməsinin qarsısını almışdı: "Peşman olmuşam" - FOTO

26 Oktyabr 2024 09:57
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda hökumət binasının qarşısında dayanaraq özünü desantçı kimi təqdim edən, hərbi gödəkcə geymiş Arsen Avetisyan təkbaşına piket keçirib.

Milli.Az bildirir ki, bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

A.Avenisyan iddia edilən hərbi çevriliş cəhdi barədə hüquq-mühafizə orqanlarına məlumat verən şəxs olduğunu deyib. Qeyd edək ki, bu yaxınlarda Ermənistanın İstintaq Komitəsinin bəyanatında hərbi çevriliş cəhdi ilə əlaqədar üç nəfərin saxlanıldığı bildirilib, onlardan biri "Qara pantera" hərbi təşkilatının sədir Serob Qasparyandır, daha dörd nəfər axtarışdadır.

A.Avenisyan hakimiyyət nümayəndələrinin üzərindən xətt çəkilmiş şəkillərini əks etdirən plakatla təkbaşına piket keçirib. O, həyatının təhlükə altında olduğunu, həmin insanları xilas etdiyini, öldürülməsinin qarşısını aldığını, lakin bu şəxslərin onun təhlükəsizliyini təmin etmədiklərini bildirib.

"Mənim sayəmdə terror aktının qarşısı alındı. Bu müsahibədən sonra mütləq öldürüləcəyimi bilirəm, amma qorxmuram", - o deyib. A.Avenisyan "terrorçular deyəndə kimi nəzərdə tutursunuz?" sualına "Hazırda bu işdə həbs olunanları nəzərdə tuturam. Ad çəkmək istəmirəm", - cavablarını verib.

"Aramus kəndindən Erjo adlı gənc, guya yenidən hazırlıq üçün Rostova aparmaq üçün bizi aldatdı, amma əslində Erjo, sevgilisi Lusine ilə birlikdə bizi "Arbat" terror qruplaşmasının bazasına, Qorlovkaya apardı. Onlar bizi terrorçu kimi hazırlamaq, hökumət binalarına, parlamentə, polisə, prokurorluğa hücum etmək və hamını öldürmək niyyətində idilər. İki ildir bu hakimiyyətə qarşı mübarizə aparıram və məlumat verdiyim, onların həyatlarını xilas etdiyim üçün peşmanam. Onlardan təhlükəsizliyimi təmin etmələrini xahiş etdim, çünki öldürüləcəyimə əminəm, amma heç kim mənim istəyimi yerinə yetirmir", - etirazçı vurğulayıb.

Sentyabrda Ermənistanda "Qara Pantera" hərbi təşkilatının rəhbəri saxlanılıb. Yerli mətbuatın məlumatına görə, hakimiyyətin ələ keçirilməsi ilə bağlı həbs edilənlər arasında "Qara Pantera" hərbi təşkilatının rəhbəri Serob Qasparyan da var.

Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupun üzə çıxarılması barədə məlumat yayıb. Bu qrup, Ermənistan vətəndaşlarını "Arbat" bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Məqsəd onlara silahdan istifadə etməyi öyrətmək və s. olub. Lakin sonradan məlum olub ki, qruplaşmanın təşkilatçılarının məqsədi Ermənistanda hakimiyyəti ələ keçirmək olub. Cəlb edilmiş şəxslərin bəziləri təlimlərdə iştirakdan imtina edərək Ermənistana qayıdıblar.

Şübhəli bilinən yeddi nəfər barəsində cinayət təqibi başlanıb. Onlardan üçü artıq həbs edilib, dördü isə axtarışa verilib. İstintaq davam edir və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.