Ermənistan

Fransa səfirinin Baqrata cavabı şok etdi

4 İyul 2024 13:00
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda uzun müddətdir başlayan "keşiş Baqrat kampaniyası" mitinqlər və küçə döyüşlərindən müxalif medianın hay-küyü və regionlarda kiçik görüşlər səviyyəsinə qədər geriləsə də, davam etməkdədir.

Milli.Az axar.az-a istinadən bildirir ki, revanşist hərəkat başladan və heç nəyə nail ola bilməyən keşiş Baqrat hazırda Ermənistanın müxtəlif rayonlarına səfər etməklə gündəmdə qalmaq və ona qoyulan "sərmayəni" bu və ya digər şəkildə silməklə məşğuldur.

Az öncə Zəngəzura səfəri zamanı keşiş Baqratın goruslu bir sakinə verdiyi cavab isə diqqətçəkici və Qərbin Ermənistandakı proseslərə baxışını anlamaq baxımından mühümdür.

Goruslu keşişdən 12 iyun mitinqi zamanı hakimiyyətin aşırı zorakılığı, aksiyaçılara qarşı səs və qaz bombalarından istifadə edilməsi, onlarla insanın ağır xəsarətlər almasına xarici dövlətlərin reaksiyasını soruşub.

Baqrat isə bildirib ki, onlar Ermənistanda olan Qərb ölkələri səfirlərinin olaya münasibətini öyrənmək üçün məktub göndəriblər, əvəzində isə səfirlər nəinki hökuməti xüsusi tədbirlərə və polis vəhşiliyinə görə qınayıblar, hətta etirazçıları ittiham ediblər:

"Böyük oyunçulardan olan Avropa ölkəsinin Ermənistandakı səfirliyinə polisin insanları vəhşicəsinə döydüyünü, qaz bombalarından istifadə etdiyini əks etdirən videolarla məktub göndərdik. Cavab verdilər ki, bəli, bu epizodlar dəhşətlidir, bunlar qəbuledilməzdir, lakin hakimiyyətə rusiyapərəstlərin, daha doğrusu, rus agentlərin gələcəyindən daha az qorxuncdur".

Keşiş Baqrat bu cavabı hansı ölkənin verdiyini açıqlamaq səlahiyyəti olmadığını bildirib. "Hraparak" isə öz mənbələrinə istinadla (çox güman ki, Baqrat öz adından yaya bilmədiyi məlumatı "mənbə" kimi müxalif mediaya ötürüb - red.) bunun Fransa səfirliyi, səfir Olivye Dekottini olduğunu yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.